...

Azərbaycanda ağacların kəsilməsinə görə cərimələr onların yerdəyişməsi üçün xərci ödəməlidir - nazir

Cəmiyyət Materials 25 İyun 2009 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsinə görə cərimələrin onların yerdəyişməsi xərcini ödəyəcək səviyyəyə qədər artırılması mövqeyindən çıxış edir.

"Cərimənin məbləği o qədər olmalıdır ki, alınan pul yaşıllıqların yerdəyişməsini təmin edə bilsin. Onların yerinin dəyişdirilməsi müasir texnikanın və qayğının olmasını tələb edir. Nazirlər Kabinetinə təqdim etdiyimiz təklifdə biz, bir ağacın kəsilməsinə görə cərimənin 3-4 min manata qədər artırılmasını təklif etmişik", - cümə axşamı jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Azərbaycan Prezidenti İlham Əliyev özəl obyektlərin və evlərin tikintisi üçün ərazilərin boşaldılması zamanı ağacların kəsiləmsini qadağan edib. Bu barədə dövlət başçısı apreldə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, ağaclar yalnız dövlət layihəsi realizə olunduğu halda - yol genişləndirildiyi zaman və s. kəsilə bilər.

"Nazirlər Kabinetinə Bakının Xətai və Nizami rayonları üzrə yaşıllıqlara ziyan vurma üzrə xüsusi hesabat təqdim olunub", - Bağırov bildirib. "Bu rayonlarda ağacların məhv edilməsinə daha tez-tez rast gəlinir. Ümumilikdə isə Azərbaycanda ağac kəsilməsi halları xeyli azalıb", - nazir qeyd edib.

"Yerli sərmayədarlar yaşıllıqlara daha diqqətlə yanaşmağa başlayıblar", - o deyib. "Onlar yaşıllıqların yerinin dəyişdirilməsinə yardım göstərilməsi üçün nazirliyə müraciət edirlər", - Bağırov bildirib.

Apreldə Azərbaycanda yaşıllaşdırma üçün 11 ərazi müəyyən edilib. İki il ərzində üç milyon ting əkiləcək. Ağaclar paytaxtın Qaradağ, Suraxanı, Sabunçu, Abşeron, Binəqədi və Əzizbəyov rayonlarında əkiləcək.

Azərbaycanda yaşıllıqlara zərər yetirilməsinə görə fiziki şəxslər üçün cərimə 600-800 manat, hüquqi şəxslər üçün 4-5 min manat təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti