...

Azərbaycan Dövlət Komissiyası abituriyentləri ölkədəki əmək bazarını nəzərə almağa çağırır

Cəmiyyət Materials 24 İyul 2009 12:01 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Azərbaycan Dövlət Komissiyası (TQDK) abituriyentləri ölkədəki əmək bazarını nəzərə almağa çağırır.
Azərbaycan Dövlət Komissiyası abituriyentləri ölkədəki əmək bazarını nəzərə almağa çağırır

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir C.Babayeva /

Tələbə Qəbulu üzrə Azərbaycan Dövlət Komissiyası (TQDK) abituriyentləri ölkədəki əmək bazarını nəzərə almağa çağırır.

"Təəssüf ki, bir çox abituriyentlər tibb və hüquq kimi "ənənəvi ixtisaslar"a üstünlük verirlər. İxtisas seçimi zamanı abituriyentlər və onların valideynləri kənar şəxslərin köməyinə müraciət edirlər. Dövlət Komissiyası abituriyentlərin düzgün ixtisas seçməsi üçün xeyli material nəşr edib", - cümə günü jurnalistlərə, TQDK-nın sədri Məleykə Abbaszadə deyib.

Abbaszadə ixtisas seçimi zaman diqqətli və məsuliyyətli olmağa çağırıb. "Bütün qruplar üzrə ixtisas seçimi 25 iyul - 3 avqust aralığında keçəcək. Abituriyentlər səkkizə qədər ixtisas kodu seçə bilərlər. Gün ərzində abituriyentlərin ixtisas kodları yoxlanılacaq və avqustun 5-də abituriyentlər nəticələrlə tanış ola biləcəklər", - o deyib.

Xəbər lenti

Xəbər lenti