...

Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisi Bolqarıstanın "Levski" klubuna qalib gələcəklərinə inanır

Cəmiyyət Materials 27 İyul 2009 17:27 (UTC +04:00)
"Yetirmələrim oyuna tam hazırdırlar. Komandada köklənmə yaxşıdır. Qələbəyə oynayacağıq. "Levski" güclü komandadır, lakin "Bakı"nın şansları var", - bazar ertəsi Trend News-a klubun baş məşqçisi Cokiça Haciyevski deyib.
Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisi Bolqarıstanın "Levski" klubuna qalib gələcəklərinə inanır

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir İ.Hüseynov /

Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisi Bolqarıstanın "Levski" klubu üzərində qələbə qazanacaqlarına inanır.

"Yetirmələrim oyuna tam hazırdırlar. Komandada köklənmə yaxşıdır. Qələbəyə oynayacağıq. "Levski" güclü komandadır, lakin "Bakı"nın şansları var", - bazar ertəsi Trend -a klubun baş məşqçisi Cokiça Haciyevski deyib.

Məşqçinin sözlərinə görə, "Levski" güclü ənənələrə malikdir. "Bu klubun beynəlxalq arenalarda çıxış təcrübəsi var. Baş məşqçinin dəyişiklik etməsinin Sofiya klubunun oyununa təsiri barədə nəsə demək çətindir. İtənilən halda "Levski" güclü komandadır", - Haciyevski deyib.

"Komanda öz oyununu oynayacaq və hücum edəcək. Bu matçda fiasko olmayacaq. Komanda oyuna çox ciddi hazırlaşır. Müdafiəmiz bizi məyus etməz", - məşqçi deyib.

Haciyevski azarkeşləri "Bakı"nı dəstəkləməyə çağırıb. "Bakı"ya onların dəstəyi lazımdır. Əminəm ki, bizi izləməyə 30 min nəfər gələcək", - o deyib.

Çempionlar Liqasının ikinci mərhələsində "Bakı" Litvanın "Ekranas" klubuna ümumi hesabla 6:4 qalib gəlmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti