...

Azərbaycanın transsərhəd çaylarının çirkləndirilmə səviyyəsi normadan artıqdır

Cəmiyyət Materials 3 Avqust 2009 10:58 (UTC +04:00)
Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini keçib. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün keçirilən növbəti monitorinqin nəticələrində öz əksini tapıb.
Azərbaycanın transsərhəd çaylarının çirkləndirilmə səviyyəsi normadan artıqdır

Azərbaycan, Bakı, 03 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanın transsərhəd Kür və Araz çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilməsi səviyyəsi normadan artıqdır.

Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini keçib. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün keçirilən növbəti monitorinqin nəticələrində öz əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.

Monitorinqin nəticələrinə əsasən, Şıxlı-2 məntəqəsində, Ağstafaçay su anbarında və Ağstafaçay məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3 dəfə, ammonium ionları isə 1,1 dəfə yol verilən qatılıq həddini keçib.

Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar isə 3 dəfə yol verilən qatılıq həddini keçib. Bəhramtəpə məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini keçib. Bu məntəqələrdə neft məhsullarının miqdarı normadan bir qədər çox qeydə alınıb.

Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemi çətinləşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti