Azərbaycan, Bakı, 6 avqust / Trend , müxbirlər A.Hüseynbala, R.Daraxşan/
Azərbaycanı Avroliqa turnirində təmsil edən "Qarabağ" futbol klubunun 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın "Honka" klubu ilə oyun 2:1 hesabı ilə başa çatıb. Beləliklə, "Qarabağ" Avroliqa turnirində 4-cü təsnifat mərhələsinə vəsiqə qazandı.
Tofiq Bəhramov adına respublika stadionunda keçirilən oyunda hesabı 31-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Elvin Məmmədov açıb. Bir dəqiqə sonra isə rəqib komanda cavab topunu vurub. Qolu vuran Koskinen idi.
Lakin, oyunun 80-ci dəqiqədə Rəşad Sadıqov "Honka"-nın qapısına qolu vuraraq öz komandasını yenə də hesabda irəli çixartdı.
"Qarabağ" ilə "Honka"nın iyulun 30-da Finlandiyada keçirilən ilk görüşündə Azərbaycan komandası 1:0 hesabı ilə qalib gəlib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]