...

Azərbaycan Ombudsmanı istintaq təcridxanasındakı ölüm faktı ilə bağlı araşdırma aparıb

Cəmiyyət Materials 17 Avqust 2009 11:50 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend News-a verilən məlumata görə, müvəkkilin nümayəndələri Şüvələndakı 3 saylı İstintaq Təcridxanasında avqustun 12-də vəfat etmiş Vüqar Fayaz oğlu Rzayevin ölüm faktını araşdırmaq üçün onun saxlandığı müəssisədə olublar.
Azərbaycan Ombudsmanı istintaq təcridxanasındakı ölüm faktı ilə bağlı araşdırma aparıb

Azərbaycan, Bakı, 17 avqust / Trend , muxbir K.Zərbalıyeva /


Azərbaycan Ombudsmanı istintaq təcridxanasındakı ölüm faktı ilə bağlı araşdırma aparıb.
Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, müvəkkilin nümayəndələri Şüvələndakı 3 saylı İstintaq Təcridxanasında  avqustun 12-də vəfat etmiş Vüqar Fayaz oğlu Rzayevin ölüm faktını araşdırmaq üçün onun  saxlandığı müəssisədə olublar.
Əvvəllər məhkum olunmuş, Rzayev mayın 4-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunaraq barəsində Suraxanı Rayon Məhkəməsinin 7 may 2009-cu il tarixli qərarı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib və 3 saylı istintaq təcridxanasına yerləşdirilib. O, Cinayət Məcəlləsinin xuliqanlıq (221.3-cü) maddəsi ilə ittiham olunurdu.
İyunun 31-də Rzayevin  cinayət işi Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Avqustun 12-də təxminən saat 09:30 radələrində Rzayevin kamera yoldaşları onun vəziyyətinin pisləşdiyi üçün nəzarətçiləri və müəssisənin tibb işçisini çağırıblar, ona tibbi yardım göstərilib və vəziyyətinin ağır olması nəzərə alınaraq, təcili tibbi yardım çağrılıbr. Ona tibbi yardım göstərilməsinə baxmayaraq o, vəfat edib.
Ombudsman Aparatının əməkdaşları Rzayevin saxlanıldığı kamerada olub, onun kamera yoldaşları ilə görüşüblər. Həmin məhkumlar da qeyd edilənləri təsdiq edərək, məhkuma qarşı müəssisənin əməkdaşları və ya məhkumlar tərəfindən hər hansı zorakılığın yol verilmədiyini, onun öz əcəli ilə öldüyünü deyiblər.
Mərhumun meyiti müayinə üçün Əzizbəyov rayon morquna təhvil verilib və hazırda Əzizbəyov Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma aparılır.


Məqalə muüllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti