Azərbaycan, Bakı, 19 avqust / Trend , muxbir F.Hüseynli /
Azərbaycanda hakimə qarşı təhqiredici hərəkət edən futbolçu cəzalandırılıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, avqustun 16-da XVIII Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçirilmiş "Olimpik-Şüvəlan" - "Neftçi" oyununun 70-ci dəqiqəsində "Olimpik-Şüvəlan" klubunun 6 nömrəli futbolçusu Abdul Kader Kamara hakimə qarşı təhqiredici hərəkət etdiyinə görə, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 2000 (iki min) manat cərimə olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]