Prezidenti Barak Obama, ABŞ-ın İranın nüvə proqramına münasibətini sərtləşdirməsi qarşılığında İsraildən tikinti işlərinin nisbətən dondurulmasına razılıq almaqla, İsrail və fələstinlilər arasındakı problemi həll etməyə yaxındır. Bu barədə "Haaretz" Guardian-a istinadən bildirib.
"Obama sentyabrın sonunda İsrail və Fələstin arasında ləngidilmiş sülh danışıqlarının yenidən başlamasını elan edəcək", - ABŞ, Avropa, İsrail və Fələstin nümayəndələrinə istinadən məruzədə deyilir.
Ardınca məlumatda belə deyilir: "İran İsrailin varlığına təhlükə yaradır. Məskunlaşma yoxdur", - Guardian vəziyyətlə tanış olan rəsmi nümayəndələrdən birinə istinadən məlumat verib.
"İsrailin yaşayış məntəqələrinin inşasının qismən və müvəqqəti moratoriyasının əvəzində ABŞ, İngiltərə və Fransa İrana qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən neft və qaz sektorlarına toxunan kəskin sanksiyaların tətbiqində israr edəcəklər", - məruzədə deyilir.
İsrail həm də "El Al" hava şirkəti üçün ərəb dövlətinin hava məkanında uçuşlar etmək imkanı yaratmaqla, ticarət nümayəndəlikləri və səfirliklər yaratmaqla, həm də pasportunda İsrail möhürü olan turistlərə qoyulan qadağanı aradan qaldırmaqla ərəb dövləti ilə əlaqələrin normallaşmasına yönələcək.
Gələcək danışıqların ümumi cizgiləri çərşənbə günü Londonda Baş nazir Benyamin Netanyahunun Yaxın Şərq üzrə ABŞ-ın xüsusi nümayəndəsi Corc Mitçellə rəsmi görüşündə veriləcək.
"Buraya gəlmək yetərincə çətin oldu, lakin bizdə alındı. Çoxlarının düşündüyü kimi, biz israillilərlə razılığa yaxınlaşmışıq. Çətini ərəblərlə razılaşmaqdır", - Guardian digər vəzifəli şəxsə istinadən bildirib.
Məruzədə deyilir ki, Obama açılış haqqında ya BMT-nin Baş Assambleyasının Nyu-Yorkda bu həftədən etibarən sentyabrın 23-dək keçiriləcək iclasında, ya da 24-25 sentyabrda Pitsburqdakı G20 sammitində bəyanat verəcək.
Obama Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla birlikdə bəyanat verməyi planlaşdırır. Mənbəyə əsasən, o ümid edir ki, iki il ərzində sonuncu qəti sülh sazişi bağlana bilər.
"İsrail və Birləşmiş Ştatlar çərşənbə axşamı bəyan ediblər ki, onlar Qərb Sahilində yaşayış yerlərinin tikintisi ilə bağlı mübahisəli məsələdəki boşluqları dolduracaqlar", - "Haaretz" yüksək vəzifəli amerikalı məmurlarına istinadən bildirib.
Netanyahu Londonda Dauninq Stritdə Böyük Britaniyanın Baş naziri Qordon Braunla birgə keçirdiyi mətbuat konfransında bir daha bəyan edib ki, İsrail Şərqi Qüdsdə (Yerusəlim) tikinti işlərini məhdudlaşdırmayacaq.