Türkiyənin dövlət naziri, hökumətin sözçüsü Cəmil Çiçək xəstəxanaya düşüb. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.
Dövlət naziri bu gün səhər saatlarında Ankaradakı Atatürk adına xəstəxanaya öz şəxsi avtomobilində gəlib. Onun avtomobildən güclə düşdüyü bildirilir. Atatürk adına xəstəxanadan dövlət nazirinin səhhəti ilə bağlı verilən açıqlamada nazirin dizində kiçik zədənin olduğu bildirilib.