Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir F.Hüseynli /
Hollandiyanın Rotterdam şəhərində təşkil olunan cüdo üzrə dünya çempionatında Azərbaycanın kişi cüdoçusu Ramin Qurbanov 1/16 final mərhələsində uduzub.
Trend -un məlumatına görə, bu gün Azərbaycanın daha bir təmsilçisi mübarizəyə qoşulub. 81 kq dərəcəsində yarışan Qurbanov ilk mərhələdə uruqvaylı Gilyermo Bouza ilə qarşılaşıb. Həmyerlimiz 1/16 finalda Alyaz Sedeyinə (Sloveniya) uduzub.
Digər cüdoçularımız Elxan Məmmədov (90 kq) sabah, Elmar Qasımov (100 kq) isə çempionatın sonuncu günü, avqustun 30-da mübarizəyə qatılacaq.
Dünya çempionatında yığmamızın hesabında artıq bir medal var. Kifayət Qasımova (57 kq) bürünc medala layiq görülüb. Sərxan Əhmədovla (66 kq) Elçin Qasımov (73 kq) yarışı əliboş başa vurublar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]