...

Azərbaycanda aztəminatlı ailələrin vəkillə təmin olunmasını həyata keçirəcək qurum yaradılacaq

Cəmiyyət Materials 10 Sentyabr 2009 14:29 (UTC +04:00)
Ali Məhkəmənin sədri Ramiz Rzayev cümə axşamı Trend News-un sualına cavab olaraq bildirib ki, qurumun ya müstəqil, ya da Ədliyyə Nazirliyinin tərkibində yaradılması təklif olunur.
Azərbaycanda aztəminatlı ailələrin vəkillə təmin olunmasını həyata keçirəcək qurum yaradılacaq

Azərbaycan, Bakı,10 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda aztəminatlı ailələrin vəkillə təmin olunmasını həyata keçirəcək qurum yaradılacaq.

Ali Məhkəmənin sədri Ramiz Rzayev cümə axşamı Trend -un sualına cavab olaraq bildirib ki, qurumun ya müstəqil, ya da Ədliyyə Nazirliyinin tərkibində yaradılması təklif olunur.

"Hazırda bu məsələ qanunvericilik səviyyəsində həll olunur, Ali Məhkəmə tərəfindən təkliflər verilib və layihə üzərində iş aparılır", - deyə Rzayev bildirib.

Azərbaycan qanunvericiliyinə görə, mülki işlərdə kassasiya instansiyasında işə mütləq vəkil çıxmalıdır.

Rzayev xarici ölkələrin bu sahədəki təcrübəsinə istinad edərək bildirib ki, bir qrup ölkələrdə belə bir qrum fəaliyyət göstərir.

Rzayevin sözlərinə görə, vəkil üçün müraciət edən şəxsin maddi vəziyyəti həmin qurum tərəfindən araşdırılır. Əgər həmin ailənin maddi durumu yaşayış minimumu həddindən az olarsa, həmin şəxsin adından vəkillə müqavilə bağlanılır və vəkilin pulunu həmin qurum ödəyir.

Ali Məhkəmənin sədri Azərbaycanda belə bir qurumun müstəqil fəaliyyət göstərməsinin tərəfdarıdır.

"Əgər bu qurum məhkəmələrdə yaradılarsa, məhkəmə aztəminatlı şəxsin vəkillə təmin olunması barədə qərar qəbul edərsə, qarşı tərəf məhkəmənin bu qərarını həmin şəxsin himayə olunması kimi qiymətləndirə bilər. Odur ki, yaradılacaq qurum müstəqil fəaliyyət göstərməlidir", - Rzayev vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti