Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə düzəltmək istəyən dəstə üzvləri azadlığa buraxılıb

Cəmiyyət Materials 14 Sentyabr 2009 15:27 (UTC +04:00)
Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə qəbulu ilə məşğul olan mütəşəkkil dəstə üzvləri məhkəmə hökmü ilə azadlığa buraxılıblar.
Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə düzəltmək istəyən dəstə üzvləri azadlığa buraxılıb

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir H.Bağırov /

Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə qəbulu ilə məşğul olan mütəşəkkil dəstə üzvləri məhkəmə hökmü ilə azadlığa buraxılıblar.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən bazar ertəsi Trend -a verilən məlumata görə, prokuror Emil İsgəndərov, Vilayət Əliyev və Azər Məmmədovun hər birinə 4 il sınaq müddəti ilə 7 il şərti, İsaməddin Daşdəmirov, Gülçöhrə Məmmədova, Səbinə Təhməzovanın hər birinə 2 il sınaq müddəti ilə 7 il şərti, Ədalət Abbasova isə 5 il sınaq müddəti ilə 7 il 6 ay şərti cəza verilib.

Təqsirləndirilənlər məhkəmənin hökmündən sonra həbsdən azad ediliblər.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin dələduzluq (178.3.2-ci) maddəsi ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər 2004-2007-ci illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəblərə tələbə qəbulu etdiriblər. Lakin tələbələrin qəbulunu başa çatdıra bilməyiblər.

Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti