Azərbaycan dili sinfinin açılış mərasimi bu gün Çuysk vilayətinin Kant şəhərindəki 4 saylı məktəb-gimnaziyasında keçirilib. Məlumatı CA-News yayıb.
Qırğızıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sinif təmir olunub, kompüter və televizorla, Azərbaycan dilində kitablarla, yeni stollarla təchiz edilərək, sputnik rabitəsi vasitəsilə Azərbaycan səfirliyinə qoşulub.
Bu sinfin açılış mərasimində Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev, Qırğızıstan XİN-in nümayəndəsi, İssık-Atinsk rayonunun akimi B.Kənanbayev, Qırğızıstanda Azərbaycanlıların İctimai Birliyinin prezidenti A.Alaferdov iştirak ediblər.