...

Azərbaycanda restorana bomba qoyulması barədə yalan məlumat verən şəxsə şərti cəza verilib

Cəmiyyət Materials 16 Sentyabr 2009 17:17 (UTC +04:00)
"Oazis" restoranına bomba qoyulması barədə polisə məlumat verən şəxs məhkəmə zalından azad olunub.
Azərbaycanda restorana bomba qoyulması barədə yalan məlumat verən şəxsə şərti cəza verilib

Azərbaycan, Bakı,16 sentyabr / Trend , müxbir H.Bağırov /

"Oazis" restoranına bomba qoyulması barədə polisə məlumat verən şəxs məhkəmə zalından azad olunub.

Trend -un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakini Sərxan Əhmədovun işi üzrə keçirilən proses başa çatıb. Məhkəmənin hökmü ilə Əhmədova 5 il müddətinə şərti cəza verilib.

17 yaşlı Əhmədov iyunun 4-də həbs edilib. O, DİN-in 102 xidmətinə zəng edərək, "Oazis" restoranına bomba qoyulması barədə məlumat verib. Aparılan araşdırmalardan sonra məlumat təsdiqini tapmayıb.

Sərxan Əhmədovun ifadəsindən məlum olub ki, onun sinif yoldaşları orta məktəbi bitirmələri münasibəti ilə "Oazis" restoranına toplaşıblar. Lakin sinif yoldaşları onu qonaqlığa dəvət etmədiyindən onların məclisini pozmaq məqsədi ilə bu addımı atıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti