...

Azərbaycanda üç məhkəmə hakimi cəzalandırılıb

Cəmiyyət Materials 1 Oktyabr 2009 16:38 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasından cümə axşamı Trend News-a verilən məlumata görə, şuranın son iclasında barəsində intizam icraatı başlanmış hakimlərin işlərinə baxılıb.
Azərbaycanda üç məhkəmə hakimi cəzalandırılıb

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Məhkəmə-Hüquq Şurası üç hakimi cəzalandırıb.

Məhkəmə-Hüquq Şurasından cümə axşamı Trend -a verilən məlumata görə, şuranın son iclasında barəsində intizam icraatı başlanmış hakimlərin işlərinə baxılıb.

Şuranın qərarı ilə qanunvericiliyin tələblərini pozduqlarına görə Nizami rayon məhkəməsinin hakimi Şahin Atakişiyevə, Binəqədi rayon məhkəməsinin hakimi Rəsmiyyə Hüseynovaya və Gədəbəy rayon məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilib.

Şurada qanunvericilik tələblərinin pozulması hallarına yol verdiyinə görə bir hakim barəsində intizam icraatı başlanılıb.

İclasda qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində məhkəmələrdən şikayətlərin sayı azalıb. Bəzi hakimlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına rast gəlindiyi vurğulanıb.

Məhkəmə-Hüquq Şurası tərəfindən 60-dan çox hakim intizam məsuliyyətinə cəlb olunub, onlar barəsində müxtəlif intizam tədbiri görülüb. İki hakimin səlahiyyətinə isə vaxtından əvvəl xitam verilib. Həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticəsində Məhkəmə-Hüquq Şurası 30 hakimi hakimliyə tövsiyə etməyib.

Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına üzv dövlətlərlə müqayisədə ən aşağı göstərici ilə xarakterizə olunur. Azərbaycanda hər 100 min nəfərə 4 hakim düşdüyü halda, bəzi Avropa dövlətlərində bu göstərici 20-25 təşkil edir.

Azərbaycanda hakimlərin sayının 600-ə çatdırılması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti