...

Tacikistan Prezidenti bütün Qafqazın şeyxinin yubiley tədbirlərinə qatılacaq

Cəmiyyət Materials 7 Oktyabr 2009 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr / Trend , müxbir T.Cəfərov/

Tacikistan Prezidenti İmoməli Rəhmon Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazədinin anadan olmasının 60 və Şeyxülislamlıq fəaliyyətinin 30 illiyi münasibəti ilə bu ilin 6-7 noyabr tarixində Bakıda keçiriləcək yubiley tədbirlərinə qatılacaq. Trend -un məlumatına görə, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrin müavini Hacı Sabir Həsənli bildirib.

Həsənlinin sözlərinə görə, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə 2009-cu il 4-6 oktyabr tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə Şəhərində səfərdə olub. Paşazadə oktyabrın 5-6-da Düşənbədə keçirilən "Əbu-Hənifəinin irsi və onun sivilizasiyalararası dialoqda rolu" mövzusunda Beynəlxalq Simpoziumda iştirak edib. "Oktyabrın 5-də Tacikistan Prezidenti İmoməli Rəhmon Qafqaz müsəlmanlarının ali dini lideri ilə görüş keçirib. Görüşdə Azərbaycan və Tacikistan arasında mənəvi əlaqələrin səviyyəsinin daima inkişaf etdirilməsinin zəruriliyindən danışılıb", - deyə Həsənli deyib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti