...

Azərbaycanda qızını zorlayan ataya 10 il cəza verilib

Cəmiyyət Materials 8 Oktyabr 2009 16:15 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin zorlama (149.1) və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olan zorlama (149.3.2) maddələri ilə ittiham olunan Çobanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda qızını zorlayan ataya 10 il cəza verilib

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qızını zorlamaqda ittiham olunan Zaqatala rayon sakini Abuzər Çobanovun qapalı məhkəməsi başa çatıb.

Trend -un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin zorlama (149.1) və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olan zorlama (149.3.2) maddələri ilə ittiham olunan Çobanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Çobanov ötən ilin mayında 16 yaşlı qızı Pərvanənin (ad şərti verilib) evdə tək olmasından istifadə edərək, onu zorlayıb. Ata qızı ilə cinsi əlaqədə olduqdan sonra baş vermiş hadisə barədə heç kimə deməməsi ilə bağlı ona hədə-qorxu gəlib. Pərvanə də atası tərəfindən zorlandığın sirr saxlasa da, bir neçə aydan sonra səhhətində problemlər yaranıb.

Anası qızını həkimə göstərmək məqsədilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin müayinəsindən sonra qızın zorlanması üzə çıxıb və bundan sonra qız atası tərəfindən zorlandığını etiraf edib. Qızın ifadəlri əsasında Zaqatala rayon Polis Şöbəsi əməkdaşları Abuzər Çobanovu həbs ediblər.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti