...

Ərəb biznesmen israillini "Portsmut" futbol klubuna direktor təyin edib

Cəmiyyət Materials 8 Oktyabr 2009 17:20 (UTC +04:00)

Cihan agentliyinin verdiyi xəbərə görə, İngiltərənin "Portsmut" futbol klubunun yeni sahibi, ərəb əsilli Əli əl-Fərəc israilli Avraam Qrantı direktor vəzifəsinə dəvət edib.

"Portsmut" futbol klubunun əvvəlki sahibi Arkadiy Qaydmak bir neçə həftə əvvəl klubu BƏƏ-dən olan biznesmen Nəcat Süleyman Fəhimə satmaqla iflasa uğramaqdan qaça bilib. Əli əl-Fərəcdə səhmlərin doxsan faizi, qalan 10 faiz isə Səudiyyə Ərəbistanından olan digər maqnatın əlində cəmlənib.

Əl-Fərəc İngiltərə liqasında sonuncu yeri tutan "Portsmut" futbol klubunda direktor vəzifəsinə israilli Qrantı təyin edib. Qrant həmçinin klubun baş məşqçisi Pol Harta da kömək edəcək.

ВВС Russian-nin yazdığına görə, israilli mütəxəssis "Çelsi"yə qoşulmazdan əvvəl 2006-cı ilin iyun ayından 2007-ci ilin uyul ayınadək "Pompi"nin direktoru vəzifəsini icra edib.

"Portsmut" futbol klubu keçirdiyi yeddi oyundan cəmi birində qələbə qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti