...

Rusiya yığması üçün istənilən komanda ciddi rəqibdir - Rusiya Futbol İttifaqının baş direktoru

Cəmiyyət Materials 14 Oktyabr 2009 13:35 (UTC +04:00)
Futbol üzrə Rusiya yığması istənilən komandaya ciddi rəqib kimi baxır. "İstənilən komanda bizim üçün ciddi rəqibdir və biz hər bir oyuna yetərli dərəcədə ciddi hazırlaşırıq", - Rusiya Futbol İttifaqının baş direktoru Aleksey Sorokin çərşənbə günü Bakıda Trend News-a deyib.
Rusiya yığması üçün istənilən komanda ciddi rəqibdir - Rusiya Futbol İttifaqının baş direktoru

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir K.Konyayeva/

Futbol üzrə Rusiya yığması istənilən komandaya ciddi rəqib kimi baxır.

"İstənilən komanda bizim üçün ciddi rəqibdir və biz hər bir oyuna kifayət qədər ciddi hazırlaşırıq", - Rusiya Futbol İttifaqının baş direktoru Aleksey Sorokin çərşənbə günü Bakıda Trend -a deyib.

Rusiya 2010-cu il Dünya Çempionatının qrup mərhələsində ikinci yeri tutub və 2010-cu ildə keçiriləcək Dünya çempinatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində oynayacaq.

Bu gün Azərbaycan yığması ilə oynanılacaq matç barədə Sorokin deyib ki, Azərbaycan komandası gəncdir və böyük potensiala malikdir.

"Biz oyuna ciddi hazırlaşırıq, futbolçuların ciddi məşqləri buna sübutdur", - Sorokin deyib.

2010-cu il Dünya Çempionatının seçmə mərhələsinin sonuncu turu çərçivəsində Azərbaycan və Rusiya yığması bu gün Bakıda qarşılaşacaq. Oyunun nəticəsindən asılı olmayaraq, Pusiya qrupda ikinci yerdə qalacaq.

Xəbər lenti

Xəbər lenti