İran, Tehran, 21 oktyabr / Trend , müxbir T.Cəfərov/
XVI Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisinin iştirakçıları bu gün İranın Dövlət Televiziyasında olublar. Jurnalistlər İRİB-in Azərbaycan, kürd, türk, rus dillərində yayımlanan "Səhər", ərəb dilində yayımlanan "Al Alem", "Al Kövsər" və ingilis dilində efirə çıxan Press TV kanallarında görüşlər keçiriblər. Qonaqlar kanalların fəaliyyəti haqqında məlumatlandırılıblar.
Jurnalistlər televiziyanın xəbər, rejissor otaqları, studiyalarla də tanış olublar.
TREND İnformasiya Agentliyi də Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisində iştirak edir.
Sərgidə dünyanın 34 ölkəsindən 52 mətbuat qurumu təmsil olunur.
Sərgi oktyabrın 27-də başa çatacaq.