...

Azəbaycanda qadın məhkumların təqdimatında "Kimdir müqəssir?" tamaşası nümayiş olunub

Cəmiyyət Materials 21 Noyabr 2009 15:03 (UTC +04:00)
Trend News-un məlumatına görə, Azərbaycan Dövlət Dram Teatrının dəstəyi ilə Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" tamaşası yeni quruluşda səhnələşdirilib. Penitensiar Xidmət tarixində ilk dəfə olaraq 22 noyabr ədliyyə işçilərinin peşə bayramı münasibətilə qadın məhkumların kişi məhkumların qarşısında teatr tamaşası ilə çıxışı ənənəsinin əsası qoyulub.
Azəbaycanda qadın məhkumların təqdimatında  "Kimdir müqəssir?" tamaşası nümayiş olunub

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azəbaycanda qadın məhkumların təqdimatında Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində "Kimdir müqəssir?" tamaşası nümayiş etdirilib.

Trend -un məlumatına görə, Azərbaycan Dövlət Dram Teatrının dəstəyi ilə Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" tamaşası yeni quruluşda səhnələşdirilib. Penitensiar Xidmət tarixində ilk dəfə olaraq 22 noyabr ədliyyə işçilərinin peşə bayramı münasibətilə qadın məhkumların kişi məhkumların qarşısında teatr tamaşası ilə çıxışı ənənəsinin əsası qoyulub.

Tamaşaya Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Dram Teatrının aktyor və rejissoru Elnar Qarayev quruluş verib. Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov bildirib ki, tamaşanın mövzusu artıq tamah səbəbindən insanların buraxdığı səhvlər və üzləşdiyi faciə ilə bağlıdır. İnsanların törətdikləri cinayətlərin də əksəriyyətinin artıq tamah üzündən baş verdiyini diqqətə çatdıran rəis müavini tamaşanın məhkumların tərbiyələndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Əlixanov tamaşanın digər müəssisələrdə də nümayişinin təşkil olunacağını istisna etməyib. Tamaşanın süjet xəttini xeyir və şərin mübarizəsi təşkil edir. Tamaşa Xeyir və Şərin söhbəti ilə başlayır. İnsanlığın faciəsinin Adəm peyğəmbərin Həvvanın şirin dilinə aldanaraq buğdanı yeməklə cənnətdən qovulması ilə başladığını dilə gətirən Şeytan artıq tamahın, nəfsin insanların faciəsinə, bədbəxtliyinə səbəb olduğuna diqqəti çəkir.

Tamaşanın sonunda "Kimdir müqəssir?" sualına cavab olaraq Şeytanı nişan verənlərə Şeytan "özünüzə baxın" cavabını verməklə insanlara artıq tamahın baş yardığını, insanın öz əli ilə öz faciəsinə imza atdığını izah etməyə çalışır.

Tamaşa məhkumların böyük marağı ilə qarşılanıb. 11 saylı ciddi rejimli müəssisədə cəza çəkən məhkumlar tamaşadan böyük zövq aldıqlarını, aktyorların yüksək oyun nümayiş etdirdiklərini qeyd edərək, əsərin onların islahında, tərbiyəsində rolunun əvəzsiz olduğunu bildiriblər.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Dram Teatrının nümayəndələri iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti