...

Azərbaycan telekanallarında gözlənilən səviyyədə dəyişikliklər baş verməyib - Prezident Administrasiyasının rəhbəri

Cəmiyyət Materials 23 Noyabr 2009 16:20 (UTC +04:00)
"Telekanallar tənqiddən müəyyən nəticələr çıxarıb. Bununla belə, hələlik biz gözlədiyimiz səviyyədə nəticə çıxarılmayıb", - Trend News-un məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
Azərbaycan telekanallarında gözlənilən səviyyədə dəyişikliklər baş verməyib - Prezident Administrasiyasının rəhbəri

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycanın Prezident Administrasiyasının rəhbəri hesab edir ki, telekanallarda gözlənilən səviyyədə dəyişikliklər baş verməyib.

"Telekanallar tənqiddən müəyyən nəticələr çıxarıb. Bununla belə, hələlik biz gözlədiyimiz səviyyədə nəticə çıxarılmayıb", - Trend -un məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.

Mehdiyev deyib ki, televiziya Azərbaycanın həyatında çox mühüm rol oynayır.

"İnsanların məlumat almasında, tərbiyə olunmasında telekanalların böyük rolu var. Lakin televiziya kanallarında müəyyən proseslər var ki, Azərbaycan tamaşaçısının intellektual səviyyəsi ilə kifayət qədər uyğunlaşmır. Ona görə də bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu dəyişiklik telekanallarda da baş tutmalıdır. Daha intellektli vətəndaş formalaşması üçün telekanallar öz mövqelərini ortaya qoymalıdırlar. Ona görə də bu sahədə ciddi dəyişikliklər olmalıdır", - Mehdiyev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti