...

İKT-nin baş katibi İslam dünyasını uşaq hüquqlarına dair Konvensiya ilə tanış olmağa çağırıb

Cəmiyyət Materials 25 Noyabr 2009 19:38 (UTC +04:00)
İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu İslam ölkələrini uşaq hüquqlarına dair Beynəlxalq Konvensiyanı öyrənməyə və onun həyata keçirililməsində olan maneələri aradan qaldırmağa çağırıb.
İKT-nin baş katibi İslam dünyasını uşaq hüquqlarına dair Konvensiya ilə tanış olmağa çağırıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir Ü.Sadıxova/

İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu İslam ölkələrini uşaq hüquqlarına dair Beynəlxalq Konvensiyanı öyrənməyə və onun həyata keçirililməsində olan maneələri aradan qaldırmağa çağırıb. Bu barədə İKT-nin rəsmi məlumatında deyilir.

Qahirədə uşaq hüquqlarına dair konvensiyanın həyata keçirilməsi üzrə Beynəlxalq Konfransın açılışında çıxış edən İhsanoğlu deyib ki, sənədə qoşulan İKT-yə üzv ölkələr müvafiq qanunlar və siyasi proqramlar qəbul etməklə onun bütün maddələrinə riayət etməlidirlər.

O əlavə edib ki, uşaq hüquqlarına dair Beynəlxalq Konvensiyaya həsr edilmiş iclaslarda iştirak etmək, fikir mübadiləsi aparmaq və sənədin bütün maddələrinin realizəsinə maneə törədən problemləri üzə çıxarmaq bu ölkələrin vəzifəsidir.

İhsanoğlu qeyd edib ki, İslam dünyasında 600 milyondan artıq uşaq var ki, bu da müsəlmanların 40 faizini və dünyanın uşaq əhalisinin demək olar ki, dörddə birini təşkil edir.

İKT-nin səylərinə baxmayaraq, təxminən 5 yaşadək olan 4,5 milyon uşaq müxtəlif xəstəliklərdən ölür.

İhsanoğlu İKT-nin insan hüquqları üzrə daimi və müstəqil komissiyasının yaradılmasının müsəlman dünyasında uşaqların hüquqlarının qorunmasında mühüm rol oynadığını da vurğulayıb.

2005-ci ildə Məkkədə keçirilən növbədənkənar iclada qəbul edilən İKT-nin 10 illik fəaliyyət planına əsasən insan hüquqlarının müdafiəsi təşkilatın fəaliyyətinin mühüm aspekti olub. İKT üzv ölkələri bu məsələ ilə məşğul olan daimi müstəqil orqanların yaradılması imkanlarını öyrənməyə, həmçinin milli qanunlarda insan hüquqlarına hörmətə zəmanət verən dəyişikliklər etməyə çağırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti