...

Kərrubi və Musəvinin həbsi ilə bağlı səsləndirilən bəyanat yersizdir - vitse-spiker

Cəmiyyət Materials 17 Dekabr 2009 15:00 (UTC +04:00)
İranın ikinci vitse-spikeri bildirib ki, parlamentdə islahatçı liderlər Mir Hüseyn Musəvi və Kərrubinin həbsi ilə bağlı səslənən bəzi fikirlər yersizdir.
Kərrubi və Musəvinin həbsi ilə bağlı səsləndirilən bəyanat yersizdir - vitse-spiker

İranın ikinci vitse-spikeri bildirib ki, parlamentdə islahatçı liderlər Mir Hüseyn Musəvi və Kərrubinin həbsi ilə bağlı səslənən bəzi fikirlər yersizdir.

İran parlamentinin iqtidar düşərgəsini təmsil edən deputat Məhəmməd Rıza Bahonər dekabrın 17-də bildirib ki, islahatçı liderlər İran İslam İnqilabının düşmənləri ilə eyni cəbhədə olmaqdan imtina etməlidirlər. Bu barədə İLNA agentliyi məlumat verib.

İkinci vitse-spikerin fikrincə, ölkə daxilində fəaliyyət göstərən müxalifət xarici qüvvələr və xaricdə fəaliyyət göstərən müxalifətlə birləşməməlidir, belə olarsa onlara özəl media və trubuna vermək də mümkündür.

İran Təhlükəsizlik Nazirliyinin rəhbəri Heydər Müslihi dekabrın 16-da bildirib ki, "iğtişaşçıların liderləri" (islahatçılar) bilsin ki, onların əleyhinə lazımi qədər qanun pozuntusu faktı mövcuddur.

Bundan əvvəl dəfələrlə Parlamentin bəzi mühafizəkar nümayəndələri Musəvi və Kərrubinin həbsi üçün imza toplayıblar.

İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz ediblər. İslahatçı namizədlər Mir Hüseyn MusəviMehdi Kərrubi seçkilərdə geniş saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib. Yüzlərlə siyasi fəal həbs olunub və onlarla vətəndaş həlak olub.

Xəbər lenti

Xəbər lenti