...

Azərbaycanda ağır cinayət törətməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 24 Dekabr 2009 11:47 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Laçın rayon sakiniləri Dağbəyi Allahverdev və Habil Cabbarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı 2010-cu il yanvarın 7-nə təyin edilib.

Azərbaycan, Bakı, 24 dekabr / Trend , muxbir H.Bağırov /

Azərbaycanda ağır cinayət törətməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Laçın rayon sakiniləri Dağbəyi AllahverdevHabil Cabbarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı 2010-cu il yanvarın 7-nə təyin edilib.

Təqsirləndirilən şəxslər bu il aprelin 1-də Bərdə rayon sakini Əsəd Məmişovu bıçaqlayaraq, qətlə yetiriblər. Onlar daha sonra Məmişovu həyətlərində torpağa basdırıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə (120.2.1), təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə (120.2.9) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti