...

Azərbaycanda ağır cinayət törətməkdə təqsirli bilinən Rusiya vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 5 Yanvar 2010 12:14 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Rusiya vətəndaşı İqor Bajilevski və Azərbaycan vətəndaşı Anar Nuriyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda ağır cinayət törətməkdə təqsirli bilinən Rusiya vətəndaşının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda ağır cinayət törətməkdə təqsirli bilinən Rusiya vətəndaşının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Rusiya vətəndaşı İqor Bajilevski və Azərbaycan vətəndaşı Anar Nuriyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı yanvarın 14-nə təyin edilib.

Bir müddət əvvəl Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Bajilevskiyə 15 il, Nuriyevə isə 13 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Apelyasiya protesti və şikayəti əsasında hökm ləğv olunaraq yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndərilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində olan cinayət işinə xitam verilib və yenidən istintaq aparılması üçün Bakı şəhər prokurorluğuna göndərilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.4, 120.2.1) maddəsi ilə ittiham olunurlar.

2008-ci ilin dekabrın 18-də Sabunçu rayonu ərazisində meyiti aşkarlanmış Aleksandr Nikolayeviç Qolikovun İqor Bajilevski tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib.

İstintaqla Bajilevskinin Qolikovu qətlə yetirməmişdən bir gün əvvəl Xətai rayonunda kirayə qaldığı evin sahibi Rafiq Azər oğlu Əliyevi də çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirdiyi müəyyən edilib. Hadisənin iki nəfər tərəfindən törədildiyi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti