...

Əfqanıstan və Pakistanda koalisiya qoşunlarına qarşı döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşlarının apellyasiya şikayəti qismən təmin edilib

Cəmiyyət Materials 5 Yanvar 2010 17:09 (UTC +04:00)
Əfqanıstanda və Pakistanda qanunsuz silahlı birləşmələrdə ABŞ-la müttəfiq olan qoşunlara qarşı döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşının apellyasiya şikayətinə baxılıb.
Əfqanıstan və Pakistanda koalisiya qoşunlarına qarşı döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşlarının apellyasiya şikayəti qismən təmin edilib

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir H.Bağırov/

Əfqanıstanda və Pakistanda qanunsuz silahlı birləşmələrdə ABŞ-la müttəfiq olan qoşunlara qarşı döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşının apellyasiya şikayətinə baxılıb.

Trend -un məlumatına görə, bu gün Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti qismən təmin edilib.

Təqsirləndirilən Araz Kəngərli və Telman İsayevin hər birini cəzası 1 il 6 aya endirlib. Hökmün digər təqsirləndirilənlər barəsindəki hissəsi qüvvədə saxlanılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Şakir Xanbutova 1 il 6 ay, Araz Kəngərliyə 2 il 6 ay, Telman İsayevə 2 il 6 ay, Tural Sultanova 2 il azadlıqdan məhrumetmə cəzası verilib.

Digər təqsirləndirilənlər Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilovun hər birinə 6 ay azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalından azad ediliblər.

Təqsirləndirilən şəxslərŞakir Xanbutov, Araz Kəngərli, Telman İsayev, Tural Sultanov, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilov qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (279.1), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə ( 318.1, 318.2-ci), qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə (228.1) maddələri ilə ittiham olunurlar.

Dəstə üzvləri 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə hərbi təlimlər keçiblər. Həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Dəstə üzvləri ötən ilin sonunda həbs ediliblər.

Xəbər lenti

Xəbər lenti