...

Azərbaycanda 9 məhkəmə vakant vəzifələri müsabiqəyə çıxarıb

Cəmiyyət Materials 11 Yanvar 2010 11:09 (UTC +04:00)
Azərbaycanda 40 dövlət orqanı tərəfindən 735 vakant vəzifə növbəti müsabiqəyə çıxarılmaq üçün təqdim olunub.
Azərbaycanda 9 məhkəmə vakant vəzifələri müsabiqəyə çıxarıb

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda 40 dövlət orqanı tərəfindən 735 vakant vəzifə növbəti müsabiqəyə çıxarılmaq üçün təqdim olunub.

Trend -un məlumatına görə, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ötən ilin yekunlarına dair hazırladığı hesabatda bu barədə xəbər verilib.

Elan ediləcək növbəti müsabiqəyə çıxarılmaq üçün 9 məhkəmə üzrə 44 vakant vəzifə təqdim edilib.

Həmin vəzifələr Bakı Apelyasiya Məhkəməsində (21), Şəki Apelyasiya Məhkəməsində (10), Gəncə Apelyasiya Məhkəməsində (3), Şirvan Apelyasiya Məhkəməsində (4), Hacıqabul rayon Məhkəməsində (2), Lənkəran rayon Məhkəməsində (1), Xocalı rayon Məhkəməsində (1), Şəmkir rayon Məhkəməsində (1) və Şəki rayon Məhkəməsindədir (1 yer).

Komissiyanın fəaliyyəti dövründə 42 dövlət orqanında 3577 vakant vəzifə (2535 - müsa­biqə, 1042 - müsahibə) üzrə elan edilmiş müsabiqə və müsahibələrdə 11395 namizəd (10634 - müsabiqə, 761 - müsahibə) iştirak edib.

Müsabiqədə iştirak edən­lər­dən 2082 nəfəri test imtahanından müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxıl­ıb. Namizədlərdən 1075 nəfəri (721 - müsabiqə, 354 - müsahibə) vakant vəzifələrə uyğun hesab edilib, 775 nəfər (490 - müsa­biqə, 285 - müsahibə) müvafiq vəzifələrə təyin edilib.

Ümumilikdə, ehtiyat kadrlarla birlikdə 859 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti