...

Azərbaycanda soyğunçuluqda təqsirli bilinən hərbi qulluqçulara hökm oxunub

Cəmiyyət Materials 11 Yanvar 2010 14:58 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları - kiçik çavuş Nicat Abbsov 6 il, əsgərlər - Emin Alıyev 4 il 6 ay, Sənan Behbudov 1 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycanda soyğunçuluqda təqsirli bilinən hərbi qulluqçulara hökm oxunub

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda soyğunçuluqda təqsirli bilinən hərbi qulluqçulara hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları - kiçik çavuş Nicat Abbsov 6 il, əsgərlər - Emin Alıyev 4 il 6 ay, Sənan Behbudov 1 il müddətinə azadlıqdan məhrum ediliblər.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək (180.2.1, 180.2.2, 180.2.4), hədə-qorxu ilə tələb etmə (182), hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə vermə (331.3), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332.2.3) maddələri ilə ittiham olunublar.

Təqsirləndirilən şəxslər 2009-cu il may ayında hərbi hissənin ərazisində məzuniyyətdən qayıdan əsgərlərdən pul tələb ediblər. Pul verməyən əsgərləri isə döyərək, onlara işgəncə veriblər. Onlar hədə-qorxu yolu ilə əsgərlərdən pul almağa çalışıblar.

Xəbər lenti

Xəbər lenti