...

Kərrubi İranda yaranmış böhranla bağlı növbəti bəyanat yayıb

Cəmiyyət Materials 11 Yanvar 2010 15:40 (UTC +04:00)
İranın "Etimad-e Milli" partiyasının baş katibi, prezidentliyə sabiq namizəd Mehdi Kərrubi İran xalqına açıq məktub ünvanlayıb.
Kərrubi İranda yaranmış böhranla bağlı növbəti bəyanat yayıb

İranın "Etimad-e Milli" partiyasının baş katibi, prezidentliyə sabiq namizəd Mehdi Kərrubi İran xalqına açıq məktub ünvanlayıb. Məktubda Kərrubi hərbçilərin və mülki geyimli şəxslərin ("Sepah", "Bəsic" və polis) əhaliyə qarşı mitinqlərdə etdiyi hərəkətləri pisləyib və İranda mövcud olan hazırkı şəraitdən çıxış yolları qeyd olunub. Bu barədə Kərrubinin partiyasının rəsmi xəbər saytı SAHAMNEWS məlumat yayıb.

Məlumatda bildirilir ki, Aşura günü baş vermiş hadisələr hər hansı bir azad insanın və müsəlmanın narahatçılığına səbəb olub. Kərrubi mətkubunda həmin gün baş vermiş hadisələrdə İran polisini günahlandırıb. "Kəhrizək hadisələrində, həbsxanalarda qadınlara zorakılıq, ümumi şəkildə həbslər, sifariş olunmuş məhkəmələr az deyildi, üstəlik əlinizi Aşura günü günahsız insanların qanına buladınız", - məktubda deyilir.

Kərrubi ölkədəki vəziyyətdən çıxış yolu kimi 5 həll yolu bəyan edib. Birinci yol kimi Kərrubi Aşura günü və seçkilərdən sonrakı hadisələrdə əli olanların etiraf edərək tövbə etməsini və əhalinin onları bağışlamasını istəyib. Kərrubi ikinci yol kimi İran İslam İnqilabının öz məqsədindən aralandığını və onun islah olunmasını bəyan edib. Kərrubi hazırda əhalinin deyil, hakimiyyətdə olanların inqilabın məqsədindən ayrı düşməsinə səbəb olduğunu deyib. Kərrubi üçüncü həll yolu kimi azadlıq və islahatların aparılması uğrunda mübarizə aparanlara qarşı güc tətbiq olunmamasını istəyib. O dördüncü həll yolu kimi son vaxtlar baş verən hadisələrin səbəbinin araşdırılmasını tələb edib. Sonda Kərrubi baş vermiş hadisələrlə bağlı hazırda iqtidarda olan hər bir məsul şəxslə debat aparmağa hazır olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti