...

Azərbaycan paytaxtında külək və qar sabah səhərə zəifləyəcək

Cəmiyyət Materials 26 Yanvar 2010 10:48 (UTC +04:00)
Azərbaycan paytaxtı Bakıda külək və qar sabah səhərdən zəifləyəcək. Trend News-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi İmran Məmmədov bildirib.
Azərbaycan paytaxtında külək və qar sabah səhərə zəifləyəcək

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan paytaxtı Bakıda külək və qar sabah səhərdən zəifləyəcək. Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun (HPB) baş mühəndisi İmran Məmmədov bildirib.

Onun sözlərinə görə, şimal-şərq küləyinin əsməsi ilə bu gün gecədən hava nisbətən mülayimləşəcək, lakin yağıntının davam edəcəyi ehtimal olunur.

"Yanvarın 28-dən havanın temperaturu artacağı və yagıntının kəsiləcəyi gözlənilir", - Məmmədov bildirib.

Azərbaycanın rayonlarında qarın yağması proqnozlaşdırılır.

Dünən gecədən başlayaraq Azərbaycan ərazisində anomal hava şəraiti hökm sürür. Azərbaycanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda ilk qar yağıb. Temperatur mənfi 2-6 dərəcəyə qədər düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti