...

Rusiyada və Qazaxıstanda ağır cinayət törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 29 Yanvar 2010 16:25 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayon sakini Fəzail Fərzəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Rusiyada və Qazaxıstanda ağır cinayət törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir H.Bağırov/

Rusiyada və Qazaxıstanda ağır cinayət törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməŞəmkir rayon sakini Fəzail Fərzəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı fevralın 5-nə təyin edilib.

Fərzəliyev Cinayət Məcəlləsinin dələduzluq (178) maddəsi ilə ittiham edilərək, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsxanada cəza çəkdiyi müddət ərzində törətdiyi daha ağır cinayətin üstü açılıb.

Müəyyən edilib ki, Rusiya Federasiyası və Qazaxıstanda qəsdən adam öldürüb. Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri, Şəmkir rayon polis şöbəsi, Abşeron rayon polis şöbəsi və Sumqayıt şəhər polis şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərzəliyev yenidən məsuliyyətə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti