...

2010-cu il Bakının su ilə təminatında dönüş ili olacaq - Azərbaycanın Ekologiya Nazirliyi

Cəmiyyət Materials 4 Fevral 2010 16:31 (UTC +04:00)
"Bu il Oğuz-Qəbələ su kəməri xətti istismara veriləcək. Bu su kəməri vasitəsilə Bakıya saniyədə 5 kubmetr su daxil olacaq", - cümə axşamı Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Məmmədhüseyn Müslümov jurnalistlərə deyib.
2010-cu il Bakının su ilə təminatında dönüş ili olacaq - Azərbaycanın Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir M.Əliyev/

2010-cu il Bakının su ilə təminatında dönüş ili olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyində belə hesab edirlər.

"Bu il Oğuz-Qəbələ su kəməri xətti istismara veriləcək. Bu su kəməri vasitəsilə Bakıya saniyədə 5 kubmetr su daxil olacaq", - cümə axşamı Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Məmmədhüseyn Müslümov jurnalistlərə deyib.

"Hazırda Bakıya içməli su 4 mənbədən daxil olur ki, onlardan ikisi sərhəd ölkələrdə çirklənməyə məruz qalan Kürün suyudur", - nazirliyin Ekoloji təbliğat şöbəsinin müdiri Mirsalam Qəmbərov deyib.

Dünya Bankının ekoloji məsələlər üzrə eksperti Telman Zeynalov Oğuz-Qəbələ su kəməri ilə daxil olan suyun ekoloji cəhətdən təmiz olması fikri ilə razı deyil. Onun sözlərinə görə, Oquz -Qəbələ su kəməri yeni içməli su mənbəyi olsa da, su köhnə borular vasitəsilə daxil olduğu üçün onun ekoloji cəhətdən təmiz olacağına ümid etmək olmaz.

Məmmədhüseyn Müslümovun sözlərinə görə, 2010-cu ildə Kür və Araz çayları boyunca 62 kənd sutəmizləyici qurğular vasitəsilə içməli su ilə təmin olunacaq. "Keçən il Kür və Araz çayları boyunca yerləşən 224 min sakini olan 122 kənd içməli su ilə təmin olunub", - Müslümov deyib.

Xəbər lenti

Xəbər lenti