...

Azərbaycan yığması çətin qrupa düşüb - AFFA-nın baş katibi

Cəmiyyət Materials 7 Fevral 2010 17:25 (UTC +04:00)
Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması çətin qrupa düşüb, bu barədə Trend News-a Polşadan Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) baş katibi Elxan Məmmədov telefonla bildirib.
Azərbaycan yığması çətin qrupa düşüb - AFFA-nın baş katibi

Azərbaycan, Bakı, 7 fevral / Trend , F.Hüseynli/

Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması çətin qrupa düşüb, bu barədə Trend -a Polşadan Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) baş katibi Elxan Məmmədov telefonla bildirib.

"Biz çox maraqlı oyunlar gözləyirik. Qrupun favoritini Almaniya yığmasını hesab edirik", - Elxan Məmmədov deyib.

Bazar günü Polşanın paytaxtı Varşavada futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb.

A qrupunda Azərbaycandan başqa Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan yer alıblar.

AFFA-nın baş katibinin sözlərinə görə, qrupa düşən komandaları Azərbaycan yığması yaxından tanıyır.

"Azərbaycan komandası Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan ilə müxtəlif vaxtlarda bir qrupda yer alıb. Azərbaycan sentyabra qədər hazırlaşıb, istədiyi nəticəni əldə etməlidir", - Elxan Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti