...

Gənclər və İdman Nazirliyi "Mənim doğma Vətənim" mövzusunda fotomüsabiqə təşkil edir

Cəmiyyət Materials 17 Fevral 2010 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Gənclər və İdman NazirliyiFotoqraflar Birliyi "Avropa Ümumi İrs" layihəsi çərçivəsində gənclər arasında "Mənim doğma Vətənim" mövzusunda fotomüsabiqə keçirir. Bu barədə nazirliyin məlumatında deyilir.

Müsabiqə 16-24 yaş həddində olan gənclər arasında aparılır. Hər bir qalib Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Fotoqraflar Birliyinin və Avropa Şurasının təsis etdiyi fəxri diplomlar və qiymətli hədiyyələrlə təltif edilir. Qalib gəlmiş fotoşəkillər Beynəlxalq İrs Fotoqrafiya Təcrübəsi Müsabiqəsinin ümumi kataloqunda nəşr olunacaq.

Fotolar Nazirliyin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunda qəbul olunur.

Xəbər lenti

Xəbər lenti