...

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri ABŞ-da təhsil alacaq

Cəmiyyət Materials 25 Fevral 2010 10:27 (UTC +04:00)
"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev fevralın 27-dən martın 8-dək ABŞ-ın Harvard Universitetində "Strateji İdarəetmə" proqramı üzrə təhsil alacaq", - cümə axşamı Trend News-a Şuranın mətbuat xidmətindən bildirilib.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri ABŞ-da təhsil alacaq

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri ABŞ-da təhsil alacaq.

"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev fevralın 27-dən martın 8-dək ABŞ-ın Harvard Universitetində "Strateji İdarəetmə" proqramı üzrə təhsil alacaq", - cümə axşamı Trend -a Şuranın mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Prezident İlham Əliyevin 2007-ci il dekabrın 13-də imzaladığı fərmanla yaradılıb.

Proqram çərçivəsində effektiv idarəetmə, liderlik, kadr seçimi, danışıq aparmaq bacarığı, məsuliyyət bölgüsü, fəaliyyət strategiyasının hazırlanması və digər mövzular tədris olunacaq və müdavimlərə diplom veriləcək.

Quliyevin təhsil haqqı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin "Counterpart - İnternational" təşkilatı tərəfindən ödəniləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti