...

Azərbaycanda əlil məhbuslar protezlə təmin ediliblər (FOTO)

Cəmiyyət Materials 2 Mart 2010 15:05 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ortopedik Reabilitasiya Mərkəzi ilə birlikdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə çərşənbə günü 17 məhbus əlili protezlə təmin edib.
Azərbaycanda əlil məhbuslar protezlə təmin ediliblər (FOTO)

Azərbaycanda əlil məhbuslar protezlə təmin ediliblər

Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ortopedik Reabilitasiya Mərkəzi ilə birlikdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə çərşənbə günü 17 məhbus əlili protezlə təmin edib.

"Penitensiar Xidmət cəzaçəkmə müəssisələrindəki 36 məhbus əlilin siyahısını təqdim edib. Nazirliklə birlikdə protezə ehtiyacı olanların təminatı üzrə iş aparılacaq", - məhbuslara sosial yardım şöbəsinin rəisi, ədliyyə kapitanı Ceyhun Əzizov bildirib.

Bakıdakı 1 saylı cəzaçəkmə müəssisəsində dörd, 6 saylı cəzaçəkmə müəssisəsində üç əlil protezlə təmin olunub. Qalan 10 məhbus digər müəssisələrdə saxlanılır.

Xəbər lenti

Xəbər lenti