...

Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal iştirak edir - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 5 Mart 2010 17:17 (UTC +04:00)
Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Trend News-un məlumatına görə, bunu cümə günü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal iştirak edir - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Trend -un məlumatına görə, bunu cümə günü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

"Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər", - Hüseynova deyib.

Komitə sədrinin fikrincə, qadın ailə çərçivəsində önəmli rol oynamaqla yanaşı, həm də sosial proseslərin aktiv hərəkətverici qüvvəsi kimi çıxış etməlidir.

"Zərif cinsin nümayəndələri milli-mənəvi dəyərlərin, ailə ənənələrinin nəsillərdən nəsillərə ötürülməsi kimi ağır və məsuliyyətli missiyanı özlərinin kövrək çiyinlərində ləyaqətlə daşıyırlar", - Hüseynova bildirib.

Onun sözlərinə görə, bu gün bizə sözünü beynəlxalq tribunalardan qətiyyətlə deyə bilən, qlobal məsələlərin həllinə layiqli töhfə verməyə qadir olan qadınlar lazımdır.

"Fərəhlidir ki, bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümünə olan Azərbaycan qadın hərəkatının lideri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün bu keyfiyyətləri özünün təkrarsız şəxsiyyətində üzvi surətdə birləşdirir. O, həm nüfuzlu ictimai xadim, həm istedadlı alim, həm qayğıkeş ana, həm də layiqli həyat yoldaşıdır", - komitə sədri bildirib.

Xəbər lenti

Xəbər lenti