...

Azərbaycan ombudsmanı Novruz Bayramı ərəfəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan xəstələrə baş çəkib

Cəmiyyət Materials 18 Mart 2010 11:41 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, Elmira Süleymanova səhiyyə nazirinin müavini Elsevər Ağayevlə birlikdə bu tibb müəssisəsinə baxış keçirib.
Azərbaycan ombudsmanı Novruz Bayramı ərəfəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan xəstələrə baş çəkib

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Novruz Bayramı ərəfəsində 1 saylı Respublika psixiatriya Xəstəxanasında müalicə olunan xəstələrə baş çəkib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Elmira Süleymanova səhiyyə nazirinin müavini Elsevər Ağayevlə birlikdə bu tibb müəssisəsinə baxış keçirib.

Müvəkkil xəstəxananın korpuslarına, o cümlədən, yeni korpuslara baxmış, təmirə ehtiyacı olan şöbələrdə olmuşdur.

Ombudsmana bu yaxınlarda xəstələri başqa şöbələrə yerləşdirməklə, həmin şöbələrin əsaslı təmir ediləcəyi bildirilib.

Süleymanova xəstələrin saxlanılma şəraiti, müalicə prosesi ilə də tanış olub. O, palatalarda xəstələrlə, eyni zamanda, onlara baş çəkməyə gəlmiş qohumları, yaxınları ilə görüşüb, Novruz Bayramı münasibətilə təbrik edib.

Ombudsman əvvəlki səfərləri zamanı bu tibb müəssisəsinin əsaslı təmirə ehtiyacı olması və problemləri ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etmişdi. Hazırda xəstəxana beşillik əsaslı təmir proqramına salınıb; burada böyük həcmdə tikinti və təmir işləri həyata keçirilib, bir neçə şöbə əsaslı təmir olunub, radio və televizorlarla təmin edilib.

Xəstəxananın qida bloku da təmir edilib, müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib. Uzun illər ərzində istifadəyə yararsız olan ümumi hamam tam bərpa edilib, camaşırxana yenidən qurulub, bir neçə su çəni quraşdırılıb, iki qazanxana tikilib.

Xəbər lenti

Xəbər lenti