...

Novruz Bayramına həsr olunmuş sərgi keçirilib

Cəmiyyət Materials 19 Mart 2010 13:11 (UTC +04:00)
Sumqayıt Dövlət Rəsm Qalereyasında "Yurdumuza bahar gəlir" adlı sərginin açılışı olub. Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Novruz Bayramına həsr olunmuş sərgi keçirilib

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir T.Hacıyev/

Sumqayıt Dövlət Rəsm Qalereyasında "Yurdumuza bahar gəlir" adlı sərginin açılışı olub. Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Sərgidə Sumqayıt rəssamlarının əl işlərindən ibarət əsərlər nümayiş olunub. Açılış mərasimində Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi bayram proqramı ilə çıxış edib. Konsertdə Novruzun atributlarından olan Kosa və Keçəlin məzhəkəsi, rəqs nömrələri tədbirə gələnlər tərəfindən sevinclə qarşılanıb.

Bununla yanaşı, şəhər kitabxanalarında da Novruz Bayramına həsr edilmiş kitab sərgiləri təşkil olunub.

Xəbər lenti

Xəbər lenti