...

Yataqxanalarda qaçqın və məcburi köçkünlər yerləşdirildiyindən, xarici tələbələr BDU-da təhsil almaq istəmir - rektor

Cəmiyyət Materials 2 Aprel 2010 11:25 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında qaçqın və məcburi köçkünlər yerləşdirildiyindən, xarici tələbələr bu ali təhsil müəssisəsində təhsil almaq istəmir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib.
Yataqxanalarda qaçqın və məcburi köçkünlər yerləşdirildiyindən, xarici tələbələr BDU-da təhsil almaq istəmir - rektor

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında qaçqın və məcburi köçkünlər yerləşdirildiyindən, xarici tələbələr bu ali təhsil müəssisəsində təhsil almaq istəmir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib.

"BDU-nun yataqxanalarında qaçqın və məcburi köçkünlər yerləşdirildiyindən, xarici tələbələrin bizim universitetə axını azalır", - deyə rektor vurğulayıb.

Məhərrəmovun sözlərinə görə, BDU-nun yataqxanalarındakı yerlərin 99 faizində qaçqın və məcburi köçkünlər yerləşdirilib ki, bu da 5 minə yaxın yer deməkdir.

"Dünyada ali məktəblərin reytinqi müəyyənləşdirilərkən orada təhsil alan xarici tələbələrin sayı əsas götürülür. BDU-da təhsil almaq istəyən xarici tələbələrin əksər hissəsi yataqxana problemi səbəbindən universitetdə təhsil almaqdan imtina edir", - Məhərrəmov deyib.

Rektor bildirib ki, hazırda BDU-da 1500-dək əcnəbi tələbə təhsil alır. Azərbaycanda isə təhsil alan xarici tələbələrin sayı 6813 nəfərdir.

Rektor yataqxanaların istismar müddətinin bitdiyini, onların yenidən inşa olunmasına və ya əsaslı təmirə ehtiyacı olduğunu vurğulayıb. Məhərrəmov ümid edir ki, ali təhsil müəssisələrinin yataqxanalarındakı qaçqın və köçkünlərin çıxarılması prosesi başlayarsa, ilk növbədə, prosesə BDU-nun yataqxanalarından  start veriləcək.

Xəbər lenti

Xəbər lenti