Azərbaycan güləşçiləri Avropa Çempionatına fiziki və psixoloji cəhətdən hazırdırlar - Federasiya prezidenti

Cəmiyyət Materials 12 Aprel 2010 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan güləşçiləri həm fiziki, həm də psixoloji cəhətdən əla formadadırlar və Avropa çempionatına tamamilə hazırdırlar. Bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov bazar ertəsi jurnalistlərə deyib.

Aprelin 13-dən 18-dək Bakıda yunan-Roma, sərbəst və qadın güləşi üzrə Avropa çempionatı keçiriləcək.

Onun sözlərinə görə, çempionat öncəsi Azərbaycan idmançıları təlim məşqləri və digər hazırlıq tədbirləri keçiblər.

"İdmançılarımızın nailiyyətləri güləş üzrə Avropa çempionatında onların layiqli çıxış edəcəklərini deməyə əsas verir", - federasiya prezidenti bildirib.

Ümumiyyətlə, Avropa çempionatında yarışlar 21 mükafat üzrə keçiriləcək.

Aprelin 13-14-də sərbəst yarışlar keçiriləcək, aprelin 15-16-da qadınlar çıxış edəcək, 17-18-də isə klassik üslubda güləşlə turnir başa çatacaq.

Xəbər lenti

Xəbər lenti