Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan aviamodelləşdirmə üzrə beynəlxalq yarışlarda iştirak edə bilər. Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bazar ertəsi Bakıda keçirilən elmi-texniki sərgidə jurnalistlərə deyib.
Onun sözlərinə görə, hər bir olimpiya komitəsində vertolyot modellərinin sınaqdan keçirilməsi üçün imkanlar mövcuddur və Gənclər və İdman Nazirliyi azərbaycanlıların beynəlxalq yarışlarda iştirak etməsi üçün dəstək verməyə hazırdır.
Bazar ertəsi Bakıda raket-kosmik modelləşdirmə, gəmi modelləşdirmə, avtomodelləşdirmə və aviamodelləşdirmə üzrə məktəblilərin ən yaxşı işlərinin təqdim olunduğu elmi-texniki sərgi keçirilib.
Azərbaycanın təhsil naziri Misir Mərdanovun bildirdiyi kimi, bu cür fəaliyyət növünə xüsusi diqqət ayırmaq lazımdır, belə ki, bu, məktəblilərin vaxtlarını səmərəli keçirmələrinə kömək edir.