...

Azərbaycanda narkotika alverində ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 13 Aprel 2010 14:37 (UTC +04:00)
Prosesdə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Azərbaycanda narkotika alverində ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda narkotika alverində ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə İran vətəndaşı Şəhriyar Ağca İbrahim oğlunun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndirilən Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, gəzdirmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham edilir.

O, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə hesab olunan heroin keçirərkən həbs edilib.

Xəbər lenti

Xəbər lenti