...

Prokuror Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşlarına 57 il cəza istəyib

Cəmiyyət Materials 14 Aprel 2010 15:47 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran vətəndaşları - Cəmşidi Davud Abutalıb oğlu, Nəzəri Nürətabad Vəhdət Bəhriş oğlu, Rahəttələb Nahədani Məhin Yəhya qızı, Hacızadə Ləyalestani Zəhra Cavad qızının cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşlarına 57 il cəza istəyib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir H.Bağırov/

Prokuror Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşlarına cəza istəyib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran vətəndaşları - Cəmşidi Davud Abutalıb oğlu, Nəzəri Nürətabad Vəhdət Bəhriş oğlu, Rahəttələb Nahədani Məhin Yəhya qızı, Hacızadə Ləyalestani Zəhra Cavad qızının cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Cəmşidinin 15 il, Nəzərinin 15 il, Rahəttələbin 14 il, Hacızadənin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə aprelin 15-də hökm elan edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.4), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.3, 228.4), narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318.2) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər 2009-cu il iyunun 16-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Lənkəran şəhərində tutulublar. Onlardan narkotik vasitə hesab olunan həşiş və qaz tapançası da aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti