Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən tələbələrin IV Yaradıcılıq festivalı keçiriləcək. Bu barədə nazirliyin məlumatında deyilir.
Bakı, Gəncə, Lənkəran və Sumqayıt ali məktəb müəssisələrinin tələbələrinin iştirak edəcəyi festivalın məqsədi tələbələrin estetik tərbiyəsi sisteminin təkmilləşdirilməsi, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət qayğısının artırılmasıdır.
Festivalda musiqi, rəqs və teatr müsabiqələri də keçiriləcək.