...

Trend BİA Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb

Cəmiyyət Materials 15 Aprel 2010 14:46 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.
Trend BİA Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.

Layihənin koordinatoru və ideya müəllifi Emil Hüseynli cümə axşamı Trend-ə bildirib ki, ətraf mühitin qorunması və ekoloji maarifləndirmə üçün gerçəkləşdiriləcək layihə iki hissədən ibarətdir.

"Layihənin birinci hissəsində orta məktəblərdə ekoloji maarifləndirmənin aparılması üçün təbliğedici köynəklər, kepkalar hazırlanacaq. Genefondumuzun bir hissəsi sayılan uşaqlara ətraf mühitin qorunmasını aşılamaq üçün hazırlanan təbliğedici vəsaitlər orta məktəblərin aşağı sinif şagirdlərinə paylanılacaq. Bu aksiya Bakı və Gəncə məktəblərində həyata keçiriləcək", - Hüseynli deyib.

Onun sözlərinə görə, layihənin ikinci hissəsində ekoloji maarifləndirmənin kütləviliyini təmin etmək məqsədilə videoçarxın çəkilişi nəzərdə tutulur.

"Videoçarx internet saytlarında və telekanalların reklam bloklarında yerləşdiriləcək", - Hüseynli əlavə edib.

Bu, Trend BİA-nın fondun maliyyə dəstəyi ilə həyata keçirdiyi ikinci layihədir. Birinci layihədə Trend BİA erməni vandalizmini, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması "Sözün bitdiyi zaman" adlı sənədli film çəkib. Film üç - Azərbaycan, rus və ingilis dillərində səsləndirilib. Film beynəlxalq təşkilatlara təqdim edilib, saytlara yerləşdirilib, Azərbaycan, Ukrayna, Türkiyə və Fransada təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti