...

Belarusda MDB ölkələrinin gənc nəsillərinin aktiv vətəndaş mövqeyinin formalaşdırılması müzakirə olunur

Cəmiyyət Materials 15 Aprel 2010 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/

Belarusda MDB ölkələrinin gənc nəsillərinin aktiv vətəndaş mövqeyinin formalaşdırılmasının müzakirəsinə başlanılıb. Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyindən bildiriblər.

Könüllülük Təşəbbüsü Beynəlxalq Forumu çərçivəsində tədbirin keçirilməsində məqsəd gənclərin ümumbəşəri dəyərlərin inkişafı və möhkəmləndirilməsi prosesinə cəlb olunması, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin tərbiyə olunmasından ibarətdir.

Forum MDB iştirakçı dövlətlərinin Humanitar əməkdaşlıq üzrə ölkələrarası Fondunun və Belarus Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə "Gənclərin könüllü fəaliyyəti cəmiyyəti" Gənclər İctimai Birliyi tərəfindən keçirilir.

Tədbirdə Azərbaycanı Gənclər və İdman Nazirliyinin 7 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir.

Xəbər lenti

Xəbər lenti