...

İslandiya vulkanının külünün Azərbaycanda yayılması ehtimalı azdır - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 19 Aprel 2010 13:16 (UTC +04:00)
İslandiyada vulkan pürsürməsi nəticəsində yaranan külün yaxın günlərdə Azərbaycanda yayılması ehtimalı azdır. Bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor vəzifəsini icra edən Umayra Tağıyeva deyib.
İslandiya vulkanının külünün Azərbaycanda yayılması ehtimalı azdır - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 19 aprel/Trend, müxbir M.Əliyev/

İslandiyada vulkan pürsürməsi nəticəsində yaranan külün yaxın günlərdə Azərbaycanda yayılması ehtimalı azdır. Bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor vəzifəsini icra edən Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Türkiyə üzərində müşahidə edilən cənub-qərbi hava axını vulkan külünün Azərbaycan ərazisinə daxil olmasının qarşısını alır, ona görə yaxın 2-3 gündə Azərbaycanda kül buludunun əmələ gəlməsi ehtimalı çox azdır.

"Bu proses vulkan püskürməsinin davamlılığından, hava axınlarının atmosferdə istiqamətindən asılıdır. Vəziyyət dəyişərsə, əhaliyə qabaqcadan məlumat veriləcək", - Tağıyeva deyib.

Aprelin 14-də İslandiyanın paytaxtı Reykyavikin 200 kilometr cənub-şərqində vulkan püskürüb. Bu, böyük duman buludunun əmələ gəlməsinə səbəb olub ki, onun zərrəcikləri aviamühərriklərin turbini üçün təhlükə törədir və təyyarələrin qanadlarına çəkərək problem yarada bilər. Avropanın hava təhlükəsilzik xidməti bir çox ərazilərdə hava məkanının bağlanması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti