...

Azərbaycan Diplomatik Akademiyasında "Fəlsəfə doktorlarının inkişafına dəstək proqramı"na start verilib

Cəmiyyət Materials 19 Aprel 2010 13:18 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Fəlsəfə doktorlarının inkişafına dəstək proqramı”na start verilib. Proqramın əsas məqsədi xaricdə fəlsəfə doktoru elmi dərəcəsi almış və doktorantura təhsili alan azərbaycanlı mütəxəssisləri Azərbaycana cəlb etmək və eyni zamanda, bu mütəxəssislərin peşəkar inkişafına və karyera irəliləyişlərinə yardım etməkdir. Bu barədə Akademiyanın məlumatında bildirilir.
Azərbaycan Diplomatik Akademiyasında "Fəlsəfə doktorlarının inkişafına dəstək proqramı"na start verilib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Fəlsəfə doktorlarının inkişafına dəstək proqramı"na start verilib. Proqramın əsas məqsədi xaricdə fəlsəfə doktoru elmi dərəcəsi almış və doktorantura təhsili alan azərbaycanlı mütəxəssisləri Azərbaycana cəlb etmək və eyni zamanda, bu mütəxəssislərin peşəkar inkişafına və karyera irəliləyişlərinə yardım etməkdir. Bu barədə Akademiyanın məlumatında bildirilir.

Proqram tədqiqat təqaüdləri və seminarlar vasitəsi ilə həyata keçirilir. Vaşinqton və Londonda keçiriləcək seminarlarda azərbaycanlı və əcnəbi fəlsəfə doktorları bir araya gələcək. Yekun konfrans Bakıda təşkil olunacaq.

İyunun 4-5-də Vaşinqtonda keçiriləcək seminar, əsasən, ABŞ və digər Şimali Amerika ölkələrində təhsil almış azərbaycanlı doktorları əhatə edəcək.

ADA-nın rektoru Hafiz Paşayev proqramın vacibliyini vurğulayaraq, bildirib ki, "proqram bu gün aktual problem olan "beyin axını"nın qarşısının alınmasına və xaricdə müxtəlif sahələr üzrə təhsil almış azərbaycanlı fəlsəfə doktorlarının vətənlərinə qayıtmalarına zəmin yaradacaq.

"Eyni zamanda, bu proqram təhsilini xaricdə alan azərbaycanlılar arasında əlaqəni gücləndirərək şəbəkə yaradacaq, beynəlxalq akademik mühitdə Azərbaycan haqqında məlumatı artıracaq və ADA-nı akademik debatlar keçirilən platformaya çevirəcək", - Paşayev bildirib.

Xəbər lenti

Xəbər lenti